“Saakaşvilinin siyasətdə iştirakı pis əlamətdir” - Putinin sözçüsü

“Saakaşvilinin siyasətdə iştirakı pis əlamətdir” -  Putinin sözçüsü
  30 Aprel 2020    Oxunub:3317
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanın sabiq rəhbəri Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini vəzifəsinə dəvət olunmasına münasibət bildirib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov Saakaşvilinin siyasətdə iştirakını "pis əlamət" adlandırıb.

“Bu, bizim işimiz deyil. Ukrayna hökumətində kimin işləməsi də bizim işimiz deyil, ukraynalıların işidir. Mətbuatdan oxuduqlarımdan belə başa düşdüm ki, onlar bu fikirdən vaz keçiblər. Saakaşvili, əlbəttə, çox pis bir əlamətdir ",- deyə Peskov sabiq Prezidentin Gürcüstan və Odessadakı rəhbrlik dövrünü misal çəkib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Peskov   Saakaşvili  





Xəbər lenti