Kralı təhdid edən şəxs həbs olundu

Kralı təhdid edən şəxs həbs olundu
  30 Aprel 2020    Oxunub:2675
İspaniyada sosial şəbəkə vasitəsilə müxtəlif dövlət adamlarını, o cümlədən, Kral VI Felipeni təhdid edən şəxs həbs olunub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Qvineya-Bisau şəhərində yaşayıb. Onun 48 yaşı var və işsizdir.

Adı açıqlanmayan şəxs sosial şəbəkələrdə, ilk növbədə "Twitter"də müxtəlif dövlət qurumlarına və dövlət xadimlərinə, eləcə də, Lral VI Felipe, hakimlərə və Milli Kəşfiyyat Mərkəzinin direktoruna qarşı təhdid və təhqirlər yazıb.

O, həmçinin İŞİD-in fəaliyyətini tərifləyib. Əvvəllər oğurluq və fiziki zorakılığa görə cinayət məsuliyyətinə cəlb edilib, 2015-ci ildə azadlığa buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   terrorçu  





Xəbər lenti