Koronavirusun mutasiya olunmuş növü aşkarlandı

Koronavirusun mutasiya olunmuş növü aşkarlandı
  01 May 2020    Oxunub:3818
Malayziyada aparılan araşdırma zamanı koronavirusun mutasiya olunmuş növü aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Noor Hisham Abdullah bildirib.

Onun sözlərinə görə, virusun mutasiya olunmuş forması daha təhlükəlidir: "Ölkəmizdəki yoluxma halları Çinin Uhan şəhərində yayılan koronavirusun B tipinə bənzəyir. Virusun A tipi ABŞ-da, C tipi isə Avropada yayılıb. İkinci dalğa COVİD-19 yoluxmaları ilə bağlı daha çox araşdırma aparmalıyıq. Ölkədə indiyə qədər 120 nəfər mutasiya olunmuş koronavirusa yoluxub".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Covid-19  





Xəbər lenti