İsrail Suriyaya hücumuna dair məlumatları şərh etməyib

İsrail Suriyaya hücumuna dair məlumatları şərh etməyib
  01 May 2020    Oxunub:2136
İsrail ordusu mediada Suriyanın cənub bölgələrinə helikopterlər tərəfindən raket zərbəsi endirməsinə dair yayılan məlumatlara münasibət bildirməyib.
Azvision.az bu barədə “RİA-Novosti”yə istinadla xəbər verir.

“Xarici mediada yayılan məlumatları şərh etmirik”, - deyə İsrail ordusundan bildirib.

Xatırladaq ki, Suriyanın dövlət agentliyi “SANA” bu gecə İsrail ordusunun Suriyanın cənub bölgələrinə raket hücumu etdiyini yazıb.

Agentliyin məlumatına görə, hücum Qolan yüksəkliklərindəki mövqelərdən İsrail ordusunun helikopterləri tərəfindən həyata keçirilib. Cəmi bir neçə raket atılıb. Hadisə nəticəsində maddi ziyanın dəydiyi də qeyd edilib.

Xatırladaq ki, üç gün əvvəl Suriya mediası İsrailin Dəməşq əyalətindəki hədəflərə zərbələr endirməsi və üç mülki şəxsin həlak olması barədə də məlumat yaymışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti