Pakistan parlamentinin sədri koronavirusa yoluxdu

 Pakistan parlamentinin sədri koronavirusa yoluxdu
  01 May 2020    Oxunub:3096
Pakistan Milli Assambleyasının spikeri Əsəd Qayser koronavirusa (COVID-19) yoluxub.
Azvision.az "The New York Times”ə istinadla xəbər verir ki, bu barədə spiker özü bildirib.

O, Ramazan ayı münasibətilə iftar süfrəsinə ev sahibliyi edib, həftənin əvvəlində Baş Nazir İmran Xan və digər yüksək vəzifəli şəxslərlə görüşüb. Bunun ardınca isə COVID-19 üçün test nümunəsinin müsbət çıxdığını açıqlayıb.

Xatırladaq ki, Pakistanda indiyədək 17 minə yaxın insan koronavirisa yoluxub, 385 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Spiker  





Xəbər lenti