İranda koronavirusdan ölənlərin sayı 7 minə çatır

İranda koronavirusdan ölənlərin sayı 7 minə çatır
  01 May 2020    Oxunub:2623
İranda son sutka ərzində koronavirusdan 63 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 6091 nəfərə çatıb. Ötən sutka ərzində 1006 yeni yoluxma faktı qeydə alınıb, ümumi yoluxma sayı 95 646-ya yüksəlib. İndiyədək virusa yoluxanlardan 76 318 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti