Latviya müstəqilliyinin 30-cu ildönümünü qeyd edir

Latviya müstəqilliyinin 30-cu ildönümünü qeyd edir
  01 May 2020    Oxunub:2448
Latviya 4 may 2020-ci ildə Müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir.
Bu barədə Azvision.az - a Latviyanın ölkəmizdəki səfirliyindən daxil olan açıqlmada deyilir.

Məlumatda vurğulanıb ki, Latviya Sovet Sosialist Respublikasının Ali Şurası 4 may 1990-ci ildə Latviya Respublikasının bərpası haqqında Bəyannaməni təsdiq etdi. 15 fevral 1922-ci ildə Latviya Konstitusiya Məclisində qəbul olunmuş Konstitutsiyanı yenilədi.

Qeyd edək ki, Latviya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1994-cü ilin yanvar ayının 11-də də qurulub.

Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb, bu, həm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb.

İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir.

2006-cı ildə iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.
Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Latviya   Müstəqillik  





Xəbər lenti