Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi olacaq

Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi olacaq
  07 Yanvar 2014    Oxunub:1078
Bakıda ilk dəfə olaraq Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi keçiriləcək.
2014-cü ilin mayın 15-dən 17-dək Bakıda 1-ci Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi (“CİBS 2014”) keçiriləcək.

“Iteca Caspian” şirkətindən AzərTAc-a bildirmişlər ki, sərgidə “CIBS 2014”-də su-motor texnikası və müvafiq məhsullar nümayiş etdiriləcək.

Sərgiyə yaxta həvəskarlarının tanınan nümayəndələri də qatılacaqlar. “CIBS 2014” sərgisi Azərbaycanda yaxta bazarının inkişafı və irəliləyişinə kömək edəcək.

“CIBS 2014” su-motor texnikasının yenilik və son nailiyyətlərinin təqdimatı ilə birgə qarşıdan gələn yaxta mövsümünə hazırlıqla tanış olmaq üçün böyük bir fürsətdir.


Teqlər:





Xəbər lenti