Şumaxerin vəziyyəti çox ağır olaraq qalır
![Şumaxerin vəziyyəti çox ağır olaraq qalır Şumaxerin vəziyyəti çox ağır olaraq qalır](https://azvision.az/photos/загруженное13141208111.jpg)
Mixael Şumaxerin - vəziyyəti əvvəlki kimi stabildir, lakin kritikdir. AzVision.az Fransa KİV-lərinə istinadən bu barədə yeddiqat dünya çempionunun meneceri Sabina Kim xəbər verir.
Şumaxer Fransanın Alp dağlarında dağ xizək sürərək dekabrın 29-da ağır kəllə-beyin travması alıb. O, Qrenobl şəhərindəki xəstəxanada artıq iki əməliyyat keçirib və bir həftə süni koma vəziyyətindədir, İTAR-TASS agentliyi xəbər verir.
"Şumaxerin kliniki vəziyyəti sabit sayılır və tibb işçiləri tərəfindən daim nəzarət altında saxlanılır, - Kim deyib. Eyni zamanda həkimlər deyirlər ki, Mixaelin vəziyyəti kritik olaraq qalır".
Teqlər: