“Vaksin hazırlamaq üçün 8 milyard avro azdır” - Merkel

“Vaksin hazırlamaq üçün 8 milyard avro azdır” -  Merkel
  02 May 2020    Oxunub:4896
"Avropa İttifaqında hazırlanması planlaşdırılan koronavirus peyvəndi bütün dünyaya çatdırılacaq".
Azvision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. O bildirib ki, söhbət dünyadakı bütün insanlar üçün peyvənd, dərmanlar və yaxşı diaqnostik imkanlarla bağlı işlərin necə görülməsindən gedir.

Kansler qeyd edib ki, Almaniya bu məsuliyyəti öz üzərinə götürür. Merkelin sözlərinə görə, peyvəndi inkişaf etdirmək üçün təxminən səkkiz milyard avro yetərli deyil.

"Almaniya bu işə əhəmiyyətli dərəcədə maliyyə töhfəsi verəcək. Bu fəaliyyətdə təkcə dövlət qurumlarının deyil, həm də özəl fondların, peyvənd və dərman istehsalçılarının iştirakını məmnuniyyətlə qarşılayırıq. Almaniya ÜST ilə yaxından işləmək niyyətindədir",- deyə Merkel əlavə edib.

Qeyd edək ki, Angela Merkel və digər Aİ liderləri koronavirus əleyhinə peyvənd və dərmanların hazırlanması üçün 7.5 milyard avro məbləğində vəsaitin toplanması ilə bağlı çağırış ediblər. Mayın 4-də Avropa Komissiyasının dəvəti ilə donor ölkələrin koronavirusla mübarizə mövzusunda konfransı keçiriləcək. Orada Merkel də iştirak edəcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti