Ölüm xəbəri yayılan Kim Çen Inın yeni görüntüləri - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen Inın yeni görüntüləri -  VİDEO
  02 May 2020    Oxunub:4225
Şimali Koreyanın dövlət televiziyası ölkə rəhbəri Kim Çen Inın 20 gündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmasını əks etdirən video-görüntüləri yayımlayıb.
Azvision.az xəbər verir ki, video Şimali Koreya lideri Sunçxonda gübrə zavodunun açılış mərasimində iştirak edərkən lentə alınıb.

Kadrlardan görünür ki, Kim Çen In qırmızı lenti kəsir, sonra zavoda baxış keçirir və məmurlarla söhbətləşir. KXDR rəhbərinin tibbi maska taxmadığı diqqətdən yayınmayıb.

Qeyd edək ki, Şimali Koreya liderinin aprelin 12-dən bəri ictimaiyyət qarşısında görünməməsi onun səhhətində ciddi problemin olması ilə bağlı şayiələrin yayılmasına səbəb olmuşdu. Hətta bəzi Qərb KİV-ləri Kim Çen Inın öldüyünü iddia edirdi.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: ŞimaliKoreya  





Xəbər lenti