Amerikalı professordan koronavirusla bağlı yeni proqnoz
Onun sözlərinə görə, həm COVID-19 xəstəliyi, həm də qrip virusunun eyni anda yaşanması insanların səhhətlərinə mənfi təsir edəcək və ölüm faizləri yüksələcək.
Koronavirusun hazırda nəzarət altında olduğu düşünülsə də, ikinci dalğa ehtimalı tez-tez qeyd edilir.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzlərinin (CDC) araşdırmasına əsasən, 1960-ci illərdə meydana gələn korona ailəsinə daxil olan viruslara yoluxma yaz və payız aylarında çoxalır. Qreq Poland COVID-19 virusunda buna oxşar hadisələrin ola biləcəyini vurğulayıb.
“Donuz qripi” 2009-cu ilin yazında peyda olmuş, payız fəslində isə ikinci dalğası baş vermişdi.
Minnesota Universitetinin Yoluxucu Xəstəliklər Araşdırma Mərkəzi isə COVİD-19 virusunun yaxın vaxtlarda bitməyəcəyi, hələ 18-24 ay çəkə biləcəyi iddiası ilə çıxış edib.
Aytən Zəhra
Azvision.az
Teqlər: ABŞ Koronavirus