Dəniz quldurları 9 Gürcüstan vətəndaşını girov götürdü

 Dəniz quldurları 9 Gürcüstan vətəndaşını girov götürdü
  02 May 2020    Oxunub:4039
Dəniz quldurları Nigeriya sahillərində Panama bayrağı altında üzən gəmiyə hücum ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Dəniz Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində 9-u Gürcüstan vətəndaşı olmaqla 10 dənizçi girov götürülüb. Gəmidə olan digər 4 dənizçi isə quldurlardan qaça bilib.

Gürcüstan XİN dənizçiləri vətənə qaytarmaq üçün danışıqlar aparır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti