Tramp Kim Çen Inın sağ olduğuna sevindi

Tramp Kim Çen Inın sağ olduğuna sevindi
  03 May 2020    Oxunub:3753
ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın geri qayıtdığına şad olduğunu deyib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp “Twitter”dəki mikrobloqunda yazıb.

ABŞ Prezidenti Şimali Koreya liderinin fosfor gübrəsi zavoduna baş çəkməsinə dair fotolar yerləşdirib və bunları qeyd edib: "Mən onun qayıtmasına və özünü yaxşı hiss etməsinə sevinirəm”.

Xatırladaq ki, bundan əvvəl CNN Şimali Koreya liderinin əməliyyatdan sonra səhhətinin pisləşməsi barədə məlumat yaymışdı. Bundan sonra mediada Kim Çen Inın ağır durumu və hətta ölümü ilə bağlı müxtəlif şayiələr dolaşırdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti