Ərdoğan Döngəloğlunun vəfatı ilə bağlı başsağlığı verib

Ərdoğan Döngəloğlunun vəfatı ilə bağlı başsağlığı verib
  03 May 2020    Oxunub:3759
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış ilahiyyatçı-yazar Ömər Döngəloğlunun vəfatı ilə bağlı başsağlığı verib.
Azvision.az -ın məlumatına görə, bu barədə Ərdoğan “Twitter” səhifəsində paylaşım edib.

“Bir müddət koronavirusdan müalicə olunan, ömrünü İslamı öyrətməyə və anlatmağa həsr edən ilahiyyatçı-yazıçı Ömer Döngəloğlunun vəfatını dərin təəssüf hissi ilə öyrəndim. Dəyərli hocamıza Allahdan rəhmət, ailəsinə və bütün sevənlərinə başsağlığı diləyirəm. Məkanı cənnət olsun", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, koronavirus testi müsbət çıxan Döngəloğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti