İtaliyada koronavirusdan ölüm və yoluxma azalır

İtaliyada koronavirusdan ölüm və yoluxma azalır
  04 May 2020    Oxunub:3903
İtaliyada son sutka ərzində 174 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada pandemiya qurbanlarının sayı 28 min 884-ə çatıb. Son 24 saatda 1740 xəstə sağalaraq evə buraxılıb. Koronavirusa qalib gələn italiyalıların ümumi sayı 81 min 654 nəfərdir.

Son günlər ölkədə yoluxma və ölüm sayında ciddi azalma müşahidə edilir.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti