Rayonlar arasında gediş-gəliş bərpa olundu

   Rayonlar arasında gediş-gəliş bərpa olundu
  03 May 2020    Oxunub:2518
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, ölkənin digər ərazilərində rayonlar və şəhərlərarası gediş-gəliş 4 may saat 00.00-dan bərpa olunub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qərar ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə aid deyil. Belə ki, rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağandır.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti