Yaponiyada fövqəladə vəziyyət rejimi uzadılır

Yaponiyada fövqəladə vəziyyət rejimi uzadılır
  04 May 2020    Oxunub:2819
Yaponiyada yeni növ koronavirusla mübarizə məqsədilə yaradılmış hökumət qərargahı fövqəladə vəziyyət rejimini mayın 31-dək uzadacaq.
Azvision.az xəbər verir ki, bu barədə infeksiya yayılmasına qarşı mübarizəyə rəhbərlik edən iqtisadiyyatın bərpa naziri Yasutosi Nisimura bildirib.

"Ekspertlər şurasında fövqəladə vəziyyətin vaxtı və zonalarını müzakirə etdik. Mütəxəssislər, müddətin mayın 31-dək uzadılmasını qərara aldılar və zonalara gəlincə, bura bütün prefekturalar aiddir",-deyə nazir qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya  





Xəbər lenti