Özbəkistanda COVID-19-a yoluxanların sayı artır

Özbəkistanda COVID-19-a yoluxanların sayı artır
  04 May 2020    Oxunub:2634
Özbəkistanda daha 11 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 2160 nəfərə çatıb.

Aprelin 1-dən etibarən hökumət Daşkənddə və bölgələrdə özünü təcridetmə rejimini tətbiq edib, 65 yaşdan yuxarı vətəndaşlara evlərini tərk etmək qadağandır. Hazırda 80 mindən çox insan karantindədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Özbəkistan  





Xəbər lenti