Koronavirusdan ölənlərin sayı 250 minə yaxınlaşır

 Koronavirusdan ölənlərin sayı 250 minə yaxınlaşır
  04 May 2020    Oxunub:3398
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 567 min 1 nəfərə çatıb.

Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 248 min 312 nəfərdir. İndiyədək 1 milyon 157 min 9 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti