İstanbul klubunun bosniyalı futbolçu üçün “Qarsshoper”ə 3,5 milyon avro bonservis ödəyəcəyi bildirilir. 22 yaşlı oyunçu ilə 5 illik müqavilənin imzalanacağı gözlənilir. Bosniyalı futbolçu ildə 1,1 milyon avro qazanacaq.
İzzət Hayroviç 1991-ci ildə dünyaya gəlib. O, “Qarsshoper”lə 4 mövsümdə 90 oyuna çıxıb. Futbolçu bu oyunlarda 20 qol vurub və 13 qola asistentlik edib. İzzət Hayroviç ötən il Bosniya və Herseqovinya millisində debüt edib, oynadığı 4 oyunda 1 qol vurub.