Qazaxıstan Senatına yeni sədr təyin edildi

Qazaxıstan Senatına yeni sədr təyin edildi
  04 May 2020    Oxunub:3440
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Maulen Aşimbayevi senatın yeni sədri təyin edib.
Azvision.az xəbər verir ki, yeni spiker buna qədər Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini olub.

Qeyd edək ki, 2019-cu ilin martından bu günə qədər Qazaxıstan Senatının (yuxarı palatasının) sədri ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva olub.

Şənbə günü Qazaxıstan Prezidentinin mətbuat xidməti dövlət başçısı Kasım-Comart Tokayevin onun səlahiyyətlərinə xitam verilməsi ilə bağlı sərəncam imzaladığını bildirib. Bu qərarın səbəbi hələlik açıqlanmayıb. Daha sonra Tokayev "Twitter"-də Nazarbayevaya Senatın sədri kimi fəal və səmərəli fəaliyyətinə görə təşəkkür edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti