İndoneziyada daha 395 nəfərdə COVID-19 aşkarlandı

İndoneziyada daha 395 nəfərdə COVID-19 aşkarlandı
  04 May 2020    Oxunub:3311
İndoneziyada koronavirusa yoluxanların sayı 11 min 587 nəfərə çatıb. Belə ki, son sutkada 395 nəfərin COVID-19 testi müsbət çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 864 pasiyent pandemiyadan dünyasını dəyişib. Son 24 saat ərzində COVID-19-a yoluxan 19 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ümumilikdə müalicə alan 1954 xəstə sağalıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti