İŞİD-in kəşfiyyat rəhbəri Əfqanıstanda tutuldu

İŞİD-in kəşfiyyat rəhbəri Əfqanıstanda tutuldu
  04 May 2020    Oxunub:3481
Əfqanıstan hərbçiləri ölkənin şərqindəki Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının "kəşfiyyat xidmətinin" rəhbərini saxlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə əlayət qubernatorunun administrasiyası məlumat yayıb.

"İŞİD-in kəşfiyyat rəisi, Zərif kimi tanınan Moqhin Azhar yoldaşı Fəridullahla birlikdə Əfqanıstan milli ordusunun xüsusi təyinatlıları tərəfindən Nanqarhar əyalətinin Behsud bölgəsində tutulub",- deyə məlumatda qeyd edilib.

Əfqanıstan ordusu, həmçinin Kalaşnikov avtomatı, beş ədəd mobil telefon və Pakistan vətəndaşlarına məxsus şəxsiyyət vəsiqələrini müsadirə edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti