Türkiyədə tətbiq olunan qadağalar yumşaldılır

   Türkiyədə tətbiq olunan qadağalar yumşaldılır
  05 May 2020    Oxunub:3971
Türkiyədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan qadağalar yumşaldılır.
Azvision.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, mayın 10-dan etibarən yumşaltma tədbirləri görüləcək. İlkin mərhələdə yaşı 65-dən yuxarı və 20-dən aşağı olan şəxslərin həftənin müəyyən günlərində evdən çıxmalarına icazə veriləcək.

Bundan əlavə, mayın 11-dən başlayaraq Türkiyədə alış-veriş mərkəzləri, gözəllik salonları və digər ictimai obyektlərin fəaliyyəti bərpa olunacaq.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Qadağa  





Xəbər lenti