Türkiyədə universitetlər iyunun 15-də açılacaq

Türkiyədə universitetlər iyunun 15-də açılacaq
  05 May 2020    Oxunub:3001
Türkiyədə universitetlərin fəaliyyəti bərpa olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, universitetlər iyunun 15-dən etibarən akademik təqvimə qayıdacaq.

"Ali təhsil müəssisələrinə qəbul imtahanı 27-28 iyun, liseylərə qəbul imtahanı 20 iyun, hərbi məktəblərin qəbul imtahanı isə 14 iyun tarixlərinə təyin olunub", - deyə Ərdoğan açıqlama verib.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti