İsraildə koronavirusa qarşı peyvənd hazırlandı

İsraildə koronavirusa qarşı peyvənd hazırlandı
  05 May 2020    Oxunub:2911
İsrail alimləri koronavirusa qarşı peyvəndin yaradılması istiqamətində irəliləyişə nail olublar.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Naftali Bennetta deyib.

Onun sözlərinə görə, İsrail Bioloji Tədqiqatlar İnstitutunun məxfi laboratoriyasına baş çəkib və ona yoluxmuş bir şəxsin bədənindəki koronavirusu neytrallaşdıra bilən antitelin necə işlədiyi göstərilib.

"Bu antitellər virusa hücum edib və onu xəstənin bədənində zərərsizləşdirə bilirlər”, - nazir deyib.

O əlavə edib ki, hazırda patent qeydiyyata alınır və daha sonra kommersiya istehsalına başlanılacaq. Bununla birlikdə, nazir peyvəndin hazırlanması müddətini göstərməyib.

İsrail alimlərinin apardıqları tədqiqat nəticələri “Nature Communications” jurnalında dərc edilib.
Bu yaxınlarda hollandiyalı elm adamları da virusu zərərsizləşdirəcək antitel barədə açıqlama vermişdilər.

Ümumilikdə dünyada 100-ə yaxın tədqiqat qrupu koronavirusa qarşı peyvənd üzərində işləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Koronavirus   COVİD-19   Peyvənd  





Xəbər lenti