Avropanın bəzi şəhərlərinə uçuşlar bərpa olunur
Məlumata görə, aviaşirkət Amsterdamdan Barselona, Madrid, Roma, Milan, Budapeşt, Praqa, Varşava və Helsinkiyə uçuşlar həyata keçirəcək.
Sərnişinlərdən maska taxmaq tələb olunur. Təyyarəyə girişdə sərnişinlər yoxlanılacaq, əgər maska, yaxud şarf olmasa, hava yolu şirkəti onlara maska verəcək. Əgər maska qurtararsa, o zaman sərnişinin uçmasına icazə verilməyəcək.
Bu tədbir avqustun sonuna qədər qüvvədə olacaq.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Koronavirus Təyyarə Səfər