Braziliyada rekord sayda ölüm qeydə alındı

Braziliyada rekord sayda ölüm qeydə alındı
  06 May 2020    Oxunub:2030
Braziliyada son gün ərzində koronavirusdan rekord sayda - 600 ölüm qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb. Bununla da virusdan ölənlərin sayı 7921 nəfərə çatıb.

Son 24 saat ərzində 6935 nəfərin koronavirus testi müsbət çıxıb, COVID-19-a yoluxanların ümumi sayı 114 715 nəfər olub. Son məlumata görə, 48 221 pasiyent sağalıb.

Ölkədə virusa yoluxmanın episentri San-Paulu ştatı və onun eyniadlı paytaxtıdır. Ştatda 34 min insanın virusa yoluxduğu təsdiqlənib, 2,8 minə yaxın sakin koronavirusdan ölüb.

Azvision.az



Teqlər: Braziliya   Koronavirus  





Xəbər lenti