Kanada və Meksikada pandemiya ilə bağlı son vəziyyət

Kanada və Meksikada pandemiya ilə bağlı son vəziyyət
  06 May 2020    Oxunub:2100
Kanadada koronavirusa yoluxanların sayı 62 min 46 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müalicə alan 4043 nəfər dünyasını dəyişib. Bundan başqa, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 942 602 test aparılıb.

Meksikada isə bir gün ərzində koronavirusdan 236 nəfər ölüb. Ümumilikdə COVID-19-a yoluxan 26 025 nəfərin 2 507-si dünyasını dəyişib.

Koronavirusla bağlı ölkədə 105 664 test aparılıb, 63 540 nümunə mənfi nəticə göstərib.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti