İsraildə 16 314 nəfərdə koronavirus aşkarlandı

İsraildə 16 314 nəfərdə koronavirus aşkarlandı
  06 May 2020    Oxunub:2605
İsraildə koronavirusa yoluxanların sayı 16 314 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son sutkada ölkədə 25 yeni yoluxma qeydə alınsa da, ölüm halı baş verməyib. Koronavirusdan indiyədək 10 527 pasiyent sağalıb.

Məlumata görə, son günlər ağır xəstələrin sayında azalma müşahidə edilir.

İsraildə aprelin 29-dan etibarən karantin rejimi yumşaldılıb. Yaşayış yerindən 500 metr aralı məsafədə idmanla məşğul olmağa icazə verilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsrail   Koronavirus  





Xəbər lenti