Latviyada COVID-19-a yoluxanların sayı 900-ə çatıb

Latviyada COVID-19-a yoluxanların sayı 900-ə çatıb
  06 May 2020    Oxunub:2455
Latviyada son sutkada daha 4 nəfərdə koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin nümayəndəsi məlumat verib.

Bildirilib ki, Latviyada COVID-19-a yoluxanların rəsmi sayı 900-a yüksəlib. Məlumatlara əsasən, koronavirusdan 17 nəfər ölüb, 464 xəstə isə sağalıb.

Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Bütün beynəlxalq sərnişindaşımalar ertələnib, kütləvi tədbirlər qadağan edilib, təhsil ocaqlarında dərslər dayandırılıb.

Azvision.az



Teqlər: Latviya  





Xəbər lenti