Yaponiya koronavirusa qalib gəlir

  06 May 2020    Oxunub : 1896
Yaponiya koronavirusa qalib gəlir
"Yaponiya cərimələrə əl atmadan pandemiyanın rekord həddə yayılmasının qarşısını ala bildi".
Azvision.az xəbər verir ki, bunu Yaponiyanın Baş Naziri Şinzo Abe deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin tətbiqindən bir ay sonra gündəlik yoluxmanın sayı 700-dən 200-ə qədər azalıb və virus aşkar edilmiş bir nəfərin digər insanları yoluxdurma əmsalı aşağı düşüb.

"Aprel ayının əvvəlində, fövqəladə vəziyyət rejiminin tətbiqindən öncə Yaponiyada Qərb ölkələrində olduğu kimi rekord sayda yoluxmaların olacağına dair proqnozlar var idi. Ancaq indi biz pandemiyanın yayılmasının sonlanması yolundayıq. Ölkəmizdə Avropada və Amerikada olduğu kimi özünü təcrid etmək üçün cərimələr və məhdudiyyətlər tətbiq edilə bilməz. Bununla bağlı biz insanlara yalnız çağırış edə bilərik. Buna baxmayaraq, insanlar könüllü olaraq səy göstərməyə razı oldular. Nəticədə infeksiyanın yayılmasının qarşısını aldıq və onun azaldılması istiqamətindəyik",- deyə Baş Nazir vurğulayıb.

Bununla yanaşı, Şinzo Abe infeksiyanın azalma səviyyəsinin hələ də yetərli olmadığını, xəstəxanalarda 10 min insanın qaldığını, səhiyyə müəssisələrində çətin vəziyyətin davam etdiyini diqqətə çatdırıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Yaponiya