Ermənistan parlamentində koronavirusa yoluxma aşkarlandı

  06 May 2020    Oxunub : 1859
Ermənistan parlamentində koronavirusa yoluxma aşkarlandı
Ermənistanın parlament Aparatının işçilərindən biri koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə parlamentin spikeri Ararat Mirzoyan qanunverici orqanın iclasında deyib.

"Milli Məclisdə koronavirusa yoluxma ilə bağlı şübhənin olduğunu demişdim. Təəssüf ki, bu şübhə təsdiqləndi. Milli Məclisin Aparatında koronavirus daşıyıcısı var, həmin şəxs təcrid olunub", - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, deputatlar təhlükəsizlik qaydalarına uyğun olaraq işləri davam etdirməlidir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan   parlament   virus