93 yaşlı qadın koronavirusdan sağaldı

93 yaşlı qadın koronavirusdan sağaldı
  06 May 2020    Oxunub:2383
Rusiyada koronavirusa yoluxan yaşlı qadın müalicə alaraq sağalıb.
Azvision.az xəbər verir ki, 93 yaşlı qadın Moskvada xəstəxanaya ağır vəziyyətdə daxil olub.

Vişnevski adına xəstəxananın 1-ci yoluxucu şöbəsinin müdiri Aleksandr Qritskeviçinin sözlərinə görə, həmin şəxs aprelin 22-də xəstəxanaya gətirilib. Pasiyentə omba sınığı, COVID-19 və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Həkim xəstənin təhlükəli infeksiyaya qarşı mübarizədə fövqəladə əzm göstərdiyini söyləyib.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti