Oğlunu qətlə yetirən futbolçu: “Elə bildilər ki, xəstəlikdən ölüb”

 Oğlunu qətlə yetirən futbolçu:  “Elə bildilər ki, xəstəlikdən ölüb”
  07 May 2020    Oxunub:10232
Türkiyədə futbolçu 5 yaşlı oğlunu boğaraq öldürüb.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, 2008-2009-cu il mövsümündə "Hacettepespor"la Türkiyə Super Liqasında çıxış etmiş və son olaraq "Bursa Yıldırımspor"da oynayan Cevher Toktaş 5 yaşlı oğlu Kasım Toktaşı aprelin 23-də öskürək və yüksək hərarət şikayəti ilə xəstəxanaya aparıb. Futbolçu həmin gün övladını xəstəxanada boğaraq öldürüb. O, etdiyi cinayət hadisəsini 11 gün sonra polisə etiraf edib.

"Koronavirus şübhəsi ilə oğlumu xəstəxanaya apardım. Otaqda ikimiz qalanda onu yastıqla boğub öldürdüm. O, çırpınırdı, amma yastığı 15 dəqiqə üzündən çəkmədim. Sonra çölə çıxıb, oğlumun halının pisləşdiyini və həkim çağırmalarını xahiş etdim. Hər kəs onun xəstəlikdən öldüyünü düşünürdü. Ailəmizdə heç kim mənim cinayətim haqqında bilmirdi".

Futbolçu oğlunu sevmədiyini və bu səbəbdən onu öldürdüyünü deyib.

"Psixi problemim yoxdur. Həyat yoldaşım və digər oğlumla aramda narazılıq olmayıb. Kasımı doğulandan bəri onu sevmirdim. Niyə sevmədiyimi də bilmirəm. Onu öldürməyimə səbəb sevməməyimlə əlaqədardır. Cinayətdən 11 gün sonra vicdanım rahatlıq vermədi və hər şeyi polis idarəsinə gedib etiraf etdim".



Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti