İranda zəlzələ zamanı 25 nəfər xəsarət alıb

  06 May 2020    Oxunub : 2201
İranda zəlzələ zamanı 25 nəfər xəsarət alıb
Bu gün İranın qərbində yerləşən Loristan vilayətində 5,1 bal gücündə zəlzələ olub.
Azvision.az İran KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı azı 25 nəfər xəsarət alıb, bir neçə yaşayış binasına ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, zəlzələ qonşu vilayətlərdə də hiss edilib.

Azvision.az

Teqlər: İran   Zəlzələ