İraq parlamenti yeni hökuməti təsdiqləyib

İraq parlamenti yeni hökuməti təsdiqləyib
  07 May 2020    Oxunub:2692
İraq parlamenti Baş Nazir Mustafa əl-Kazemi tərəfindən təklif olunan hökumətin tərkibini təsdiqləyib.
Azvision.az “Sky News Arabia”ya istinadəb xəbər verir ki, deputatlar bir neçə namizəd istisna olmaqla, hökumətin siyahısını təsdiqləyiblər.

Neft və Xarici İşlər naziri vəzifələrinə irəli sürülmüş namizədlərə səsvermə təxirə salınıb. Parlament ticarət və kənd təsərrüfatı, habelə miqrasiya naziri vəzifələrinə namizədləri rədd edib.

Xatırladaq ki, martın 2-də İraqın Baş Nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Adel Abd əl-Mehdi özünün yekun istefasını elan edib və Taufik Əlayinin bu vəzifəyə namizəd kimi uğursuzluğundan sonra dekabrın 4-də erkən parlament seçkilərinin keçirilməsini təklif edib.

Ölkənin milli kəşfiyyatının rəhbəri Mustafa əl-Kazemi Adele Abd əl-Mehdinin istefasından sonra Baş Nazir vəzifəsinə üçüncü namizəd kimi qeydə alınıb və Prezident Barham Saleh tərəfindən ona həvalə edilmiş hökuməti formalaşdırmaq missiyasını tamamlayan ilk şəxs olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   Parlament   Hökumət  





Xəbər lenti