Gürcüstanda koronavirusa yoluxanların sayı 615-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 615-ə çatıb
  07 May 2020    Oxunub:3072
Gürcüstanda koronavirusa yoluxanların sayı 615 nəfərə çatıb.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, son sutkada 5 yeni yoluxma halı aşkar edilib. Virusdan indiyə kimi 275 nəfər sağalıb, 9 xəstə vəfat edib.

Hazırda 5002 nəfər karantində saxlanılır, 485 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Ölkədə martın sonundan fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti