Rusiyada son sutkada 11 231 yeni yoluxma aşkarlandı

Rusiyada son sutkada 11 231 yeni yoluxma aşkarlandı
  07 May 2020    Oxunub:2864
Rusiyada son sutka ərzində 11 231 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla ölkədə yoluxma sayı 177 160-a çatıb.

Son sutkada 2476 nəfər olmaqla, indiyədək 23 803 xəstə koronavirusdan sağalıb.

Qeyd edək ki, bir gündə daha 88 nəfər vəfat edib. Rusiyada pandemiya qurbanlarının ümumi sayı 1625-ə yüksəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti