Meksikadan Azərbaycana avtomobil idxalı kəskin artıb

 Meksikadan Azərbaycana avtomobil idxalı kəskin artıb
  07 May 2020    Oxunub:4495
Meksikada istehsal olunan avtomobillərin Azərbaycana idxalı əhəmiyyətli dərəcədə artır.
Bu barədə Azvision.az -a Meksikanın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2016-ci ildə 5 nəqliyyat vasitəsi idxal olunduğu halda, 2017-ci ildə bu rəqəm 100-dən çox, 2018-ci ildə isə 600-ü ötüb. Nəhayət, 2019-cu ildə Azərbaycan 1,467 ədəd Meksika istehsalı nəqliyyat vasitəsini idxal edib.

Üç kateqoriya üzrə 2019-cu ildə Meksikada istehsal olunmuş nəqliyyat vasitələri Azərbaycana ən çox ixrac olunan Meksika məhsulu kimi qeydə alınıb.

Belə ki, Azərbaycan tərəfindən idxal olunan əsas kateqoriyaya 1000-1500 sm3 mühərrikli avtomobillər daxildir. 2018-ci il ilə müqayisədə 2019-cu ildə bu növ avtomobillərin artımı 529.17% olub.

1500-3000 sm3 mühərrikli avtomobillərdə də artım müşahidə olunub. Əsasən Azərbaycanın turizm sektorunda istifadə olunan bu növ nəqliyyat vasitələrinin Meksikadan ixracı öncəki il ilə müqayisədə 55.33% çoxalıb.

Sözügedən dövr ilə müqayisədə isə 1000 sm3 qədər mühərriki olan nəqliyyat vasitələrinin ixracı isə 440% yüksəlib.

Azərbaycanda turizm sektorunun yüksəlməsinə uyğun olaraq Meksika istehsalı olan 1500-3000 sm3 mühərrikli nəqliyyat vasitələrinə tələbatın artmaqda davam edəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə Meksika bütün dünyaya Nissan, General Motors, Volkswagen, Toyota, Kia, Honda, Mazda, Ford və digər şirkətlərə aid 3.3 milyon avtomobil ixrac edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Meksika   Avtomobil  





Xəbər lenti