Türkiyədə erməni fondunun rəhbəri koronavirusdan öldü

 Türkiyədə erməni fondunun rəhbəri koronavirusdan öldü
  07 May 2020    Oxunub:3323
Türkiyədəki erməni icmasının əsas nümayəndələrindən biri, erməni icmaları fondunun baş katibi və Müqəddəs Ovannesa kilsəsi fondunun rəhbəri Arutyun Şanlı koronavirusdan ölüb.

Azvision.az xəbər verir ki, bu barədə İstanbulda nəşr olunan "Akos" erməni qəzeti məlumat yayıb.
56 yaşlı A.Şanlının vəziyyəti yaxşılığa doğru getsə də, sonra yenidən pisləşib.

Onun ölümü ilə bağlı Türkiyədəki erməni əsili deputatlar Karo Paylan və hakim AKP-nin üzvü Markar Yesayan başsağlığı verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Fond   Erməni   Koronavirus  





Xəbər lenti