İranda koronavirusa yoluxanların sayı 103 mini keçib

 İranda koronavirusa yoluxanların sayı 103 mini keçib
  07 May 2020    Oxunub:2424
İranda son sutka ərzində 1485 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ümumilikdə indiyədək 103 min 135 yoluxma aşkarlanıb, 82 min 744 nəfər xəstəlikdən sağalıb.

Son 24 saat ərzində 68 nəfər koronavirusdan ölüb, xəstəlikdən vəfat edənlərin ümumi sayı isə 6486-ya çatıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti