Gürcüstan xarici turistlərin qəbuluna başlayır

Gürcüstan xarici turistlərin qəbuluna başlayır
  07 May 2020    Oxunub:3015
Gürcüstan iyulun 1-dən etibarən xarici turistlərin qəbuluna başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Georgi Qaxariya bildirib.

Onun sözlərinə görə, iyunun 15-dən ölkədə yerli turizm xidmətləri açılır, iyulun 1-dən isə Gürcüstan xarici turistləri qəbul etməyə hazır olacaq.

“Biz qonşu ölkələrlə təhlükəsiz dəhlizlərin yaradılması istiqamətində iş aparırıq, bu sahədə danışıqlara artıq başlanılıb. Gürcüstan xarici qonaqları qəbul etmək üçün sərhədlərini və infrastrukturunu açan ilk ölkələrdən biri olacaq", - deyə Baş Nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Turist  





Xəbər lenti