Sabiq baş nazir Koçaryanın məhkəməsinə qatılacaq

Sabiq baş nazir Koçaryanın məhkəməsinə qatılacaq
  07 May 2020    Oxunub:2738
Sabah Ermənistanın keçmiş baş naziri Karen Karapetyan həbsdə olan sabiq prezident Robert Koçaryanın işi üzrə məhkəmə iclasında iştirak edəcək.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Məlumata görə, mayın 11-də Karapetyan aprel döyüşləri ilə əlaqədar parlamentdə yaradılmış istintaq komissiyasının iclasına qatılacaq.

Aprel döyüşlərində baş vermiş hadisələri öyrənmək üçün istintaq komissiyasının iclasında iştirak edən sonuncu yüksək vəzifəli şəxs Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan olub.

KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov isə iclasda iştirak təklifini rədd edib.

Xatırladaq ki, hazırda tibb mərkəzində müalicə aln Koçaryanın sabah məhkəmədə iştirakı gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan  





Xəbər lenti