Ermənistana qoyulan investisiyalar iki dəfə azalıb

Ermənistana qoyulan investisiyalar iki dəfə azalıb
  07 May 2020    Oxunub:2563
2017-ci illə müqayisədə Ermənistana qoyulan investisiyalar demək olar ki, iki dəfə azalıb.
Azvision.az xəbər verir ki, bu barədə “Parlaq Ermənistan” partiyasından olan deputat Arkadi Xaçatryan deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Ermənistanda xalis investisiyalar 48,1 milyard dram təşkil edirdisə, 2017-ci ildə bu göstərici 93 milyard dram səviyyəsində olub.

Erməni deputat kapital xərclərinin 70% azaldığını və bunun da ÜDM-in artım potensialına təsir göstərdiyini vurğulayıb.

“Kreditlər 4 trilyon dramı keçib. Bunun 1 trilyonunu keçən il 30% artan istehlak kreditləri və 40% artan ipoteka kreditləri təşkil edir. Bu, biznes üçün borc yükünün artması deməkdir”, Xaçatryan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti