Qırğızıstanda 226 tibb işçisi koronavirusa yoluxdu

Qırğızıstanda 226 tibb işçisi koronavirusa yoluxdu
  08 May 2020    Oxunub:2091
Qırğızıstanda daha 11 nəfər virusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə COVID-19 ilə mübarizə üzrə respublika qərargahından məlumat verilib.

Bildirilib ki, bununla da Qırğızıstanda virusa yoluxanların ümumi sayı 926-ya çatıb. Onlardan 226-sı tibb işçisidir. Bu günədək 650 nəfər sağalıb, 12 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti