Gürcüstanda koronavirusa yoluxma sayı 623-ə çatıb

  08 May 2020    Oxunub : 1354
Gürcüstanda koronavirusa yoluxma sayı 623-ə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 623 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı rəsmi saytda məlumat yer alıb.

Qeyd olunub ki, virusa yoluxanlardan 288 nəfər sağalıb, 10 xəstə həyatını itirib. Hazırda karantində 4723, stasionar nəzarətdə isə 446 nəfər saxlanılır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan