İranda güclü zəlzələ: 2 ölü, 20-dən çox yaralı var

  İranda güclü zəlzələ:  2 ölü, 20-dən çox yaralı var
  08 May 2020    Oxunub:2559
İranın paytaxtı Tehran yaxınlığında baş vermiş zəlzələ nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Fars" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, gecə saatlarında Tehran və Mazandaran əyalətinin sərhəddində 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın ocağı 7 kilometr dərinlikdə yerləşib. Yaralılara ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   zəlzələ  





Xəbər lenti