Ermənistan parlamentində kütləvi dava - VİDEO
![Ermənistan parlamentində kütləvi dava - VİDEO Ermənistan parlamentində kütləvi dava - VİDEO](https://azvision.az/photos/2020/05/fbd45-1588927246.jpg)
Azvision.az "Lragir"ə istinadən xəbər verir ki, mübahisə "İşıqlı Ermənistan" müxalif fraksiyasının rəhbəri Edmon Marukyanla "Mənim addımım" partiyasından olan deputat Sasun Mikaelyan arasında baş verib.
Sasun Mikaelyan öz növbəsində həmkarını "boğazını kəsəcəyəm" deyə hədələyib. Marukyan isə cavabında "boğazımı kəsən hələ dünyaya gəlməyib, burada boş-boş danışma" deyib.
Parlamentin sədri Ararat Mirzoyan təhlükəsizlik xidmətinə zəng edib və iclası təxirə salıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ermənistan dava